adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Aprel 2021 11:17
27706
HADİSƏ
A- A+

Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən 51 qəza olub, 17 nəfər ölüb

Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən 51 yol nəqliyyat-hadisəsi baş verib.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, baş verən yol qəzalarının 17-si ölüm, 34-ü xəsarətlə nəticələnib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il 32 hadisə azalıb:

"Ötən illə müqayisədə bu il 8 ölüm, 17 xəsarət az olub. Belə ki, ötən ilin müvafiq dövründə piyadaların vurulıması ilə nəticələnən 82 yol qəzası baş verib ki, qəzalar nəticəsində 35 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb".