adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Aprel 2021 16:42
25079
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 289 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

Ölkədə son sutka ərzində 14 254, hazırkı dövrədək isə 3 040 386 test aparılıb.