adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Aprel 2021 11:27
45788
ŞOU-BİZNES
A- A+

Azərbaycanlı müğənnilərin Rusiyada qeyri-adi sərgüzəştləri – Faktı məşhurlar danışır

Son günlər Rusiyaya köçərək orada yaşayan və Rusiyalı azərbaycanlıların dəvəti ilə onların toy, nişan, ad günü və digər məclislərində oxuyan azərbaycanlı sənətçilər haqqında son günlər xoş olmayan açıqlamalar ard-arda gəlməkdədir.

Adalet.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova İnstaqramda canlı yayımda deyib ki, Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır:"Səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram.Amma bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.

İndi elə Xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm.

Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiz. Ömrüboyu pul qazanan musiqiçi puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısın gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".

Daha sonar bu səpgidə ARB TV-nin “Bazar Düzü” verilişinin növbəti qonağı olan aparıcı Aynur Bağırova açıqlama verib. Məşhur aparıcı da müğənni Rəqsanə kimi Rusiyada toylarda baş verənlərdən danışıb:

“16 ildir televiziya sahəsindəyəm. Moskvada bu illər ərzində görmədiklərimi gördüm. Kaş, siz orada sənətçilərin pul üstündə etdiyi davaları görərdiniz. Burada çox hörmət və rəğbət bəslədiyim ifaçının “şabaş”a görə etdiklərini görəndən sonra dedim ki, ilahi, insan bu qədərmi ucuz olarmış?”

Qeyd edək ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar.

 

Əntiqə Rəşid