adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Aprel 2021 11:24
31211
ŞOU-BİZNES
A- A+

Dedi-qodular səngimir: Məşhur cütlüyün ayrılmasında “biznesmen” müəmması ...

Hər şey 2 il əvvəl başlamışdı.Maneken Dəfnə Samyeli ilə münasibətinə son qoyan,Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz ilk dəfə jurnalistlərə aktrisa Serenay Sarıkaya ilə sevgili olmasından danışıb.Xəbər yayılandan həmən sonra hətta aktrisanın şoumeninin evinə köçüb, onunla birlikdə yaşadığı məlumatı da mediaya sızdı. Sevgi münasibətləri bu ilin yanvarına qədər davam edən sevgililərin anidən və heç bir açıqlama verilmədən ayrılması ağıllarda sual işarəsi yaratdı. 2020-ci ilin ən populyar cütlüyünün ayrılmasının şok səbəbi nə?

 

Səbəb biznesmenmi?

 

Adalet.az xəbər verir ki,Türkiyəli aktrisa Serenay Sarıkayanın iş adamı Haldun Demirhisarla eşq yaşadığı barədə xəbər şou-biznes aləmində gündəm yaradıb.

Onların Göçekdə birgə dincəldiyi ilə bağlı dedi-qodular səngimək bilmir.

Aktrisa “Instagram” hesabından iddialara cavab verib:

“Bu gün haqqımda çıxan və çox çirkin üsulda yazılan xəbərlər əsassızdır. Haqqında danışılan şəxs dostumdur. Bir qadının yalnız güclü bir kişi ilə sevgili olacağı təqdirdəistədiyi həyatı yaşaya biləcəyinə dair eyhamları və dostuma ünvanlanan çirkin şərhləri qınayıram”.

Qeyd edək ki,məşhur aktrisa Serenay SarıkayaCem Yılmazdan əvvəlsevgilisi olmuş aktyor Kerem Bursindən də anidən ayrılmış və birdaha o mövzuda olan suallara cavab verməmişdi.

Əntiqə Rəşid