adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Aprel 2021 11:08
24622
GÜNDƏM
A- A+

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.