adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Aprel 2021 11:08
30688
DÜNYA
A- A+

"RUSİYANI OLİMPİADAYA BURAXMAYACAĞIQ"

Yaponlar rusların Kuril adalarında təlim - məşqlərindən hiddətlənib, müharibəyə hazırlaşır

Yaponiyanın "Yahoo News  Japan" portalı Tokioda keçiriləcək Yay Olimpiadası öncəsi Rusiyanın serfinq üzrə yığma komandasının Kuril adalarında keçirdiyi təlm - məşq toplantışı barədə yazı dərc edib.

Portalın fikirincə, yaponların özlərininki hesab etdiyi Kunaşir adasında, təlm - məşq topçlantısının keçirilməsini "Rusiya hakimiyyətinin şimal ərazilərində nəzarətinin nümayişi" kimi qymətləndirilməlidir.

Bir çox yapon oxucusu rusların bu hərəkətlərindən hiddətlənərək, onlara qarşı daha aqresiv addımların atılmasını tələb edirlər.  "Zorla işğal edilmiş adalarda məşq toplantılarının keçirilməsi, Yaponiyanın ərazilərinə qanunsuz müdaxilə kimi qiymətləndirilməli və Rusiya yığmasını ümumiyyətlə Olimpiadaya buraxmamaq məsələsinə baxılmalıdır"- deyə Orc cağırış edib.

 "Yaponiya hakimiyyəti hələki bəyanat verməyib. Təssüf hissi bildirmək kifayət etməyəcək. Rusiyalı idmançılar Tokioya gələn kimi, ölkəmizin ərazilərinə qanunsuz girdiklərinə görə dərhal həbs olunmalırlar" - deyə Ftf yazır.

" İnanılmasl mümkün olmayan ən pis düşmən Rusiyadır. Artıq ərazi mədələsinin dinc yolla müzakirələrindən imtina edilməli və Yaponiyanın maraqlarını nəzərə alaraq adekvat addımlar atılmalıdır" - deyə Siba-inu çağırış edib.

Yaponiya mətbuatında, "Yaponiyanın şimal əraziləri və Takesima əlimizdən alınıb. Yaponiya çatəsiz dövlətdir", "Yapon ordusu silahı yerə qoyduqdan sonra, Rusiya dörd adamızı işğal edib. Bu Rus - Yapon müharibəsində məğlubiyyətlərinə görə , bizdən aldıqları intiqamdır. Adaların geri alınması üçün yeganə yol - müharibədi"- kimi fikirlər səslənir.

Yaponlar, artıq "Onları boğmaq lazımdır" kimi şüarlar səsləndirərək, Rusiya ilə müharibəyə hazırlaşmağa çağırırlar.
  
Rüstəm Hacıyev