adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2021 19:00
23556
MƏDƏNİYYƏT
A- A+

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı AÇIQLANDI

Azərbaycandan Türkiyəyə gedən səyahətçilərin sayı epidemiyadan əvvəlki son 15 illə müqayisədə, 2016-cı il xaric müntəzəm olaraq artıb.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyəyə gedən azərbaycanlı turist sayı 2018-ci ildə 858 506, 2019-cu ildə 5 faiz artım göstərərək, 901 723 nəfərə çatıb.

Keçən il epidemiyanın təsiri ilə Azərbaycandan gedənlərin sayı 73,7 faiz azalaraq, 236 797 nəfər təşkil edib.

Qeyd edilir ki, epidemiyanın mənfi təsirləri səbəbindən bu ilin ilk iki ayında azərbaycanlı turistlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 70,21 faiz azalaraq, 31 855 nəfər olub.

Azərbaycan Statistika İnstitutunun məlumatlarına görə, 2018-ci ildə Türkiyədən Azərbaycana gələnlərin sayı 291 499, 2019-cu ildə isə 8,62 faiz artaraq, 316 628 nəfər təşkil edib.