adalet.az header logo
  • Bakı 6°C
05 Aprel 2021 11:51
24711
ŞOU-BİZNES
A- A+

Ruhi insanlara səsləndi: “Bizə kömək edin”

“İlin ən şəfaqətli və ən müqəddəs ayı hesab olunan 11 ayın sultanı Ramazan gəlir. Düşünürəm belə bir müqəddəs ayda ehtiyacı olanlara yardım etmək, əl tutmaq hər kəsin öz həyatına iman işığı gətirməsi deməkdir. İman insan həyatını gözəlləşdirən İlahi bir ümiddir. Və bu Ramazanda isə hər zamankındən daha çox paylaşmağa, birlik-bərabərliyə, xeyrə və yardımsevərliyə daha çox diqqət etməli olduğumuz bir aydır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb:

“Bu səbəblə də, əziz dostlar, sizdən xahiş edirəm ki, tanıdığınız, həqiqətən, köməyə ehtiyacı olan 50 ailəyə yardım etməyimiz üçün onlarla əlaqə yaratmağımızda bizə köməklik göstərəsiniz. Məlumatları 051-329-03-49 nömrəsinə göndərə bilərsiz. Hər birinizə öncədən təşəkkür edirəm”.

Rövşən Tahir