adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Aprel 2021 17:15
24765
DÜNYA
A- A+

Putin gələn həftə Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Paşinyanın mətbuat xidməti Baş nazirin səfərlə əlaqədar özünü təcrid rejiminə əməl etdiyini bildirib. Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə görüşdə Qarabağa dair üçtərəfli razılaşmanın icrasının müzakirə olunacağını deyib.

Bundan əlavə, Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması, Ermənistanda başlayan seçki prosesi, Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Paşinyanın Rusiyaya səfəri aprelin 7-nə planlaşdırılır.