3 gündə 61 məktəb distant tədrisə keçib - Nazir
Novruz bayramından sonra dərslər başladıqdan sonra 3 gün ərzində - martın 29, 30 və 31-də 61 məktəb distant tədrisə keçib. Onların 24-ü Bakının payına düşürdü.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.
E.Əmrullayev qeyd edib ki, gündəlik yoluxmaların 4,6 faizi müəllimlərin payına düşüb. Bu yoluxmalar yalnız məktəblərdə olmayıb.
Nazirin sözlərinə görə, fevralın sonlarından başlayaraq, COVİD-19-a yoluxma sayının artması müşahidə edilirdi: “Novruz bayramından sonra da məktəblər şagirdlərin üzünə açıq idi. Lakin yoluxma sayı hər gün demək olar ki, 2500-dir. Bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi”.
Digər Xəbərlər
23 Aprel 2024 18:53
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
22 Aprel 2024 12:26Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!
19 Aprel 2024 17:35