adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2021 09:55
27608
DÜNYA
A- A+

Dünyada yoluxma sayı 659 mindən çox artdı - STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 130 milyon 820 min 485 nəfərə çatıb.

Adalet.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 850 min 523 nəfərdir. İndiyədək 105 milyon 307 min 385 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 659 917 nəfər koronavirusa yoluxub, 11 626 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 314 625 nəfər virusa yoluxub, 567 610 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 912 379 yoluxma qeydə alınıb. Onlardan 328 366 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 392 260 nəfərdə virus aşkar edilib. Xəstələrdən 164 141 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 741 759 yoluxma, 96 280 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 563 056 nəfər virusa yoluxub ki, onlardan 99 633-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.