adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Aprel 2021 16:31
29737
MƏDƏNİYYƏT
A- A+

Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı olub 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Xoreoqrafiya Akademiyasında (BXA) kadr islahatları davam edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müvafiq əmri ilə tanınmış rəqqas-xoreoqraf Tahir Eynullayev Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinə (Kollec) direktor təyin olunub. 

BXA-ya yeni təyin olunmuş direktor Tahir Eynullayev kollektivə təqdim edilib. Təqdimatda BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxış edərək, Tahir Eynullayevi akademiyanın kollektivinə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb. 

Daha sonra Tahir Eynullayev BXA əməkdaşlarını salamlayaraq, ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. 

Sonda BXA-nın aparıcı müəllimləri də çıxış edərək, T. Eynullayevi yeni təyinat münasibətilə təbrik edib və onun xoreoqrafiya sahəsində böyük təcrübəyə malik olduğunu bildiriblər. 

Qeyd edək ki, Tahir Ramiz oğlu Eynullayev 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1993-cü ildə Bakı Xoreoqrafiya məktəbini, 1999-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. T. Eynullayev 2002-2004-cü illərdə Sankt-Peterburq Dövlət Teatr Akademiyasının rejissor-baletmeyster ixtisası üzrə aspiranturanı bitirib. 2020-ci ilin noyabrın 30-da “HUMAY” Milli Mükafatı ilə təltif edilib. Bu ilin yanvar ayından T. Eynullayev Azərbaycan Televiziyasının, Mədəniyyət kanalında yayımlanan “Rəqslərimiz” adlı yeni verilişinin məsləhətçisi və aparıcısıdır.