adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Aprel 2021 12:37
33903
DÜNYA
A- A+

Borrel Rusiyanı aqresiyada günahlandırıb

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Moskvanın üç avropalı diplomatının ölkədən qovulmasını aqresiya adlandırıb.
 

Fevral ayında Borrel Rusiyanın paytaxtında olarkən Xarici İşlər nazirliyi İsveçin, Polşanın və Almaniyanın diplomatlarını hökumətlə razılaşdırmayan aksiyalarda iştirak etdiklərinə görə non-qrat elan edərək ölkədən çıxarıb. Rusiya XİN-nin rəhbəri Sergey Lavrov qeyd edib ki, diplomatların ölkədən çıxarılması avropa diplomatiyasının rəhbərinin Moskvaya səfəri ilə heç bir əlaqəsi yoxdur.
   

Ötən gün Fransa 24 telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiyaya səfərinin məqsədi  Moskva ilə Brüssel arasında münasinbətlərin inkişafınnı yoxlamaq idi. O, hesab edir ki, Rusiyanın cavabı "aydın" və " aqresiv" oldu.
 

"Mən özümü aşağılanmış hiss etməsəm də, aqresiya ilə üzləşdim. Kimisə dəvət edib və bu səfərdən istifadə edərək üç diplomatın ölkədən qovulmasını elan etmək, aşğılanmaq kimi qəbul edilməsədə, aqresiya kimi qiymətləndirilməlidir. Bu cür hərəkərlər ölkələr arasında diplomatik münasibətlərin qurulmasına mane olur"- deyə bildirərək, Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin "ölü nöqtədə" olduğunu qeyd edib.

Rüstəm Hacıyev