adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Aprel 2021 12:35
35385
DÜNYA
A- A+

İtaliya iki rus diplomatını non qrat elan etdi

İtaliyanın xarici işlər naziri Rusiyanın iki diplomatını şpionajda günahlandıraraq ölkədən çıxarılması barədə qərar qəbul edib. Ölkənin xarici işlər naziri Luici Di Mayo özünün facebook səhifəsində Rusiyanın səfiri Sergey Razova İtaliya hökumətinin qəti etirazını bildirib.
 

Di Mayonun sözlərinə görə, " ciddi məsələdə iştirak etdikləri üçün"  Rusiyanın iki rəsmi şəxsi ölkədən qovulacaq. Nazir məsələnin mayihəti barədə geniş açıqlama verməsə də, bildirib ki, " söhbət ölkəmizə qarşı törədilmiş fövqaladə düşmənçilik aktından gedir və ona görədə tez bir zamanda lazımi tədbir görüldü".
 

" Corriere Della Sera " qəzetinin məlumatına görə, qalmaqalın iki iştirskçısı - Rusiyanın Romadakı səfirliyinin hərbi attaşesinin zabiti və onun rəsi İtaliyadan qovulacaq.  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, hərbi attaşenin iki zabitinin İtaliyada saxlanılması səbəbləri detalları ilə hələki tam məlumatları yoxdur.

Rüstəm Hacıyev