adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2021 12:20
23883
ELM VƏ TƏHSİL
A- A+

Elmar Qasımov Polis Akademiyasında

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının qonağı olub.

BANM-dan Adalet.az-a verilən məlumata görə, rektor Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovla görüşüb.

Görüşdə Canpolad Daanov bildirib ki, təhsil müəssisləriarasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, dostluq, tərəfdaşlıq fonunda əməkdaşlığın bütün sahələrini əhatə edir. Polis Akademiyasının rəisi Akademiyanın strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın digər ölkələrin elm və ali təhsil müəssisələri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edib.

Rektor Elmar Qasımov səmimi qəbula görə təşəkkürünü bildirib. O, bildirib ki, bu əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir.

Görüşdən sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, idman zalları və yataqxanalarla tanış olublar.

Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq protokolun layihəsi müzakirə olunub. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.