adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Mart 2021 17:46
28267
ELM VƏ TƏHSİL
A- A+

Teledərsləri televiziyadan kənar izləmək imkanı yaradılıb

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramına televiziya ekranı qarşısında baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, teledərslərə ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri 29 mart tarixindən etibarən video.edu.az portalından və "Dərs vaxtı"nın rəsmi "Facebook" səhifəsindən izləyə bilərlər.

Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanalları ilə yanaşı "Dərs vaxtı"nın "Facebook" səhifəsi (www.facebook.com/dersvaxti.edu.az) üzərindən canlı yayımlanacaq. Daha sonra isə siz həmin dərsləri səhifənin “Videolar” bölməsindən tapa bilərsiniz:"Əlavə olaraq, video.edu.az portalı da sizin xidmətinizdədir. Burada videodərslər bütün siniflər üzrə yerləşdirilib. Həmçinin, məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də portalda mövcuddur".