adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Mart 2021 10:32
22642
İDMAN
A- A+

Daha iki cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi -81 kq) qüvvəsini sınayacaq.

Fətiyev 1/16 finalda Din Yaakov Qemer (İsrail), Tskayev isə Kenni Komi Bedellə (İtaliya) üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Bununla da o, Olimpiadaya lisenziya qazanmaq üçün reytinq xallarını artıraraq vəziyyətini yaxşılaşdırıb.

Xatırladaq ki, 11 cüdoçu ilə təmsil olunduğumuz “Böyük Dəbilqə”yə sabah yekun vurulacaq.