adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Mart 2021 12:29
32443
ƏDƏBİYYAT
A- A+

"Minimalist şeirlər"

Əgər qocala bilsəydi atam,
Görəsən,
necə görünəcəkdi?!

***
"Dəli-dolusan" deyirlər,
İndi daha çox doluyam.

***
Darıxdığımız biri həmişə var,
Edə biləcəyimiz bir şey yoxdur.

***
Tale yollarım idi,
Atamın nahamar əlləri

***
Babam oğluna doymadı,
Mən atama,
Qorxuram, oğlum...

***

Həyatda gözlədiyin tək adamla
Gəlməyən tək adamın eyni olması gerçəyi..

****

Təklik gözəldir.
Amma baxır, kim ilə təksən

***

Toyuna bir gün qalmış bakirəliyini bərpa etdirən qadın,
Ərinin ona etdiyi xəyanətə görə boşanmışdı.

***

Gəlməyən adam elədir ki,
Ona hec vaxt getmək olmur.

***

Gəlib-gedən adamın
Qalan dərdi çox olar.

***

İçi xoşbəxtlik daxil,
sonu olan hər şey kədərlidir..

***
Səndə mənim uşaqlığım böyüyür.

***
Saçın küləyin oyuncağıdı,
Barmaqlarım flüger..

***
Ürəyimdə baş tutmayan
Sevgilərin hüznü var

***

Ömrümüz bizi ortada qoyan adamların arxasınca sürünməklə keçdi.

***
Birində qışqırıb qusacam,
İçimdə bütün susduqlarımı

Orxan Saffari