adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Mart 2021 13:00
44064
ŞOU-BİZNES
A- A+

Mustafa Sandal bəradə məhkəmə qərarını açıqladı

Defne Samyeli ilə “Beni ağlama” kitabında sevgili olduğunu qeyd edən Mustafa Sandal haqqında məhkəmə qərar verib. Sandal bəraət aldı.

Bir müddət əvvəl Mustafa Sandalın Defne Samyeli ilə eşq yaşadığını kitabda deməsinə görə Defne Sandalı şikayət etmişdi. “Sandal kitabda xəyal etdiklərini yazıb” fikrini səsləndirən Defne Samyeli şərəf və ləyaqətinin alçaldıldığını əsas gətirərək Mustafa Sandalın cəzalandırılmasını istəmişdi. İstanbul Prokurorluğunda bunun ona qarşı təhqir olduğunu söyləmiş və Mustafa üçün 3 aydan 2 ilə qədər həbs istəmişdi.

Adalet.az xəbər verir ki, İstanbul məhkəməsi baş tutub. Tərəflər iştirak etməsə də, onları vəkilləri təmsil edib. Hakim qərarı açıqlayıb və Sandal bəraət alıb.

“Həbs edilməsini istəyirəm”

Məhkəmədə söz alan Defne-nin vəkili Ömer Eldem bunları deyib: “Heç bir şey olmayan münasibəti kitabda sevgili kimi göstərib. Bir ifadənin təhqir olub-olmaması, şərəf və ləyaqətə toxunub-toxunmaması şəxsin cəmiyyətdə tutduğu mövqeyindən də asılıdır. Müvəkkilim bir sənətçi olub insanlar tərəfindən tanınan bir şəxsdir. Özəl həyatı barəsində yazılanlar onun şərəf və layaqətinə açıq-aşkar zərbələr vurur. Təqsirləndirilən şəxs mətbuata verdiyi açıqlamalarında müvəkkilimi şərəfləndirmək üçün bu kimi şeylər yazdığını desə də, belə bir ifadələrlə hansısa qadın necə şərəfə layiq ola bilər? Odur ki, Mustafa Sandalın həbs edilməsini istəyirəm”.

“Etiraz edirik”

Mustafa Sandal-ın vəkili Aydın Kurban isə “Şikayətçiyə etiraz edirik. Onun vəkili söyləyir ki, guya Defne ilə Mustafa arasında hər hansısa bir münasibət olmayıb. Lakin bu belə deyil. Bu sözlərdən sonra vəkil 90-cı illərdə Defne ilə Mustafanın birlikdə olduğu bir fotonu hakimə təqdim edib: “Fotoda təqsirləndirilən şəxs Mustafa ilə şikayətçi Defne-nin necə bir səmimi ortamda olduqları göz önündədir. Odur ki, şikayətçinin şikayəti heç bir əsaslı deyil. Onlar 26 ildir ki, dostdurlar”.

Vəkillərin çıxışlarından sonra hakim yekun qərarı açıqlayıb, Mustafa Sandala bəraət verib və Sandalın kimisə təhqir etmədiyini vurğulayıb.

Rövşən Tahir