adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Mart 2021 11:30
40739
ŞOU-BİZNES
A- A+

Məşhur aktrisa küçədə ayaqyalın gəzdi

Dünyaca məşhur aktrisa Drew Barrymore New York küçələrində ayaqyalın gəzərkən kameralara tuş gəlib. Koronavirus pandemiyasının dünyada hələ bitmədiyi bir vaxtda Barrymore-un ağzında maska olduğu halda çirkli yollarda ayaqyalın gəzməsinə heç kəs bir məna verə bilməyib.

Adalet.az saytı xəbər verir ki, “Çarlinin mələkləri” filmi ilə adını unudulmaz aktrisalar sırasına daxil edən Drew New York-dakı evindən küçəyə çıxarkən paparazzilərə yaxalanıb. Soyuq hava olmasına baxmayaraq qısaqol köynək geyinən aktrisanın üstündə çatışmayan paltar tək palto deyildi. 46 yaşlı aktirsa ayaqqabı da geyinməyib. Və uzun müddət küçədə ayaqyalın dolaşıb. Ayaqqabısız olsa da, koronavirusdan qorunmaq üçün maska taxıb. Onu belə bir halda görənlər təəccüblənsələr də, sonradan yollarına davam ediblər.

Qeyd edək ki, bir müddət öncə rolları ilə sevilən aktrisa artıq filmlərdə çəkilmək istəmədiyini demişdi. Belə ki, Andy Cohen'in radio proqramında sualları cavablayərkən “Dürüst olmağımı istəyirsinizsə, dürüst şəkildə cavab verim ki, artıq filmlərə çəkilmək istəmirəm” söyləmişdi. Onun bu fikri də izləyicilərin çaşqınlığına səbəb olmuşdu.

Rövşən Tahir