adalet.az header logo
  • Bakı 13°C
24 Mart 2021 14:13
24214
ELM VƏ TƏHSİL
A- A+

Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib

Bu il ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda, 2683 namizəd iştirak edib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Cari ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçirilib. Həmçinin imtahan başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq test tapşırıqları göndərilib, bu isə onların həmin suallara verdikləri cavablarla rahat şəkildə tanış olmalarına şərait yaradıb.

Namizədlərə müsabiqə ilə bağlı detallı imtahan proqramı, izahlı test tapşırığı nümunələri təqdim olunub, elektron sənəd qəbulu mərhələsindən əvvəl vakant yerlərlə tanış olmaq imkanı yaradılıb.

Bütün imtahan mərkəzlərində hər seans başa çatdıqdan sonra namizədlər 10 dəqiqə ərzində təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar.

İmtahanlar başa çatdıqdan sonra 1 gün ərzində namizədlərin şəxsi səhifələrinə imtahan nəticələrinin təhlili göndərilib. Hər bir namizəd şəxsi səhifəsinə daxil olaraq ümumi imtahan nəticəsi ilə yanaşı, Respublika və işlədiyi şəhər/rayon üzrə yerini, həmçinin onunla eyni nəticəni göstərmiş namizəd sayı ilə tanış ola bilib.