adalet.az header logo
  • Bakı 18°C
23 Mart 2021 10:15
25038
ŞOU-BİZNES
A- A+

Keyt Middlton qadınlar arasında yeni trendin əsasını qoydu

Kembric hersoqiniyası Keyt Middlton cəmiyyət arasına son çıxışı zamanı qadınlar arasında yeni trendin əsasını qoyub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Söhbət britaniyalı dizayner Qreys Hanın eyniadlı brendinin çantasından gedir. Aksesuar  “Love Letter” (“Sevgi məktubu”) kolleksiyasına daxildir.

Hanın sözlərinə görə, hersoqiniyanın bu çıxışından sonra şirkətin satışları kəskin şəkildə artıb.

“Biz çox qısa müddətdə onlarla “Love Letter” çantası satdıq, satış həcmi isə  2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”, - deyə dizayner təəccübünü bildirib.

O da vurğulanır ki, Middlton sözügedən çanta ilə bir neçə dəfə görünüb.