adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Mart 2021 15:44
26568
DÜNYA
A- A+

Paşinyan: “Başa düşməliyik ki, Rusiyanın Ermənistan qarşısındakı öhdəlikləri müəyyən bir çərçivəyə sahibdir”

“Biz sadəcə, uzun müddətdir ki, müxtəlif yollarla Rusiyaya həqiqətə uyğun olmayan öhdəliklər yüklədik”.

“Sputnik-Armeniya” yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan, Aragatsotn bölgəsindəki Ohanavan sakinləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya keçmiş SSRİ-nin özəyi olaraq yalnız Ermənistanla deyil, həm də Azərbaycan da daxil olmaqla digər keçmiş ittifaq respublikaları qarşısında öhdəliklərə malikdir:

“Anlamalıyıq ki, Rusiya Ermənistanın dostu və strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil. Və bu müttəfiqlik öhdəliklərinin müəyyən bir çərçivəyə sahib olduğunu başa düşməliyik”.