adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Mart 2021 10:34
25183
İDMAN
A- A+

“Tottenhem” Mourinyonu qovmaq istəsə, 40 milyon avro ödəməli olacaq

“Tottenhem” rəhbərliyi mövsümün sonunda komanda turnir cədvəlində ilk dördlüyə düşməyəcəyi halda baş məşqçi Joze Mourinyonu qovmaq barədə qərar qəbul edib.

Bu barədə “Spor Arena” məlumat yayıb.

Hazırda ilk 28 qarşılaşmada 45 xal toplayan “Tottenhem” 4-cü pillədəki “Çelsi”dən 6 xal geri qalır və ehtiyatda bir oyunu var.

“Tottenhem” portuqaliyalını qovacağı halda 40 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, Mourinyo futbol tarixinin ən çox təzminat almış baş məşqçisidir. O, ümumilikdə buna qədər “Çelsi”, “Mançester Yunayted” və Madrid “Real”ından 79 milyon 700 min avro təzminat alıb.