adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2021 11:42
30062
DÜNYA
A- A+

ABŞ ÇİN GÖRÜŞÜ QALMAQALLA BAŞLADI

Alyaskada başlayan  iki günlük ABŞ Çin  görüşləri qarşılıqlı ittihamlarla başlayıb. Bu barədə məlumat verən "Polotivo" nəşri bildirir ki, Ankoridjedə baş tutan görüşdə ABŞ dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Cek Sallivan , Çin MK -nin xarici siyasətə nəzarət efən Yan Çzeçi və  xarici işlər naziri Van İ iştirak edir. 
 

Sallivan elə ilk görüşdə ABŞ-ın münaqişə təfəfi olmaq istəmədiyini, ciddi rəqabət tərəfadarı olduğunu və hər zaman öz xalqının və dostlarının prinsiplərini müdafiə edəcəyini bildirib.  Blinken isə öz növbəsində Honqonqa  göstərdiyi münasibətlərinə, digər ölkələrin iqtisadiyyatına təsir etdiklərinə, Uyqurda insan hüquqlarını pozduğuna  görə Çinə qarşı sərt mövqryini dəyişməyəcək. ABŞ dövlət katibi Pekinin "onların daxili işlərinə qarışmamaq" tələblərinə bacmayaraq, bunun dünyada qlobal stabilliyin yaradılmasına mane plduğunu Çin tərəfinin nəzərinə çatdırıb.
   

Yan Çzeçi cavab olaraq, ABŞ-ı tryakarlıqda günahlandıraraq bəyan edib ki, Vaşinqton maliyə imkanlarından və hərbi gücündən istifadə edərək digər ölkələri təhdid edir. Baxmayaraq ki, öz daxilində uzun illər yığılıb qalan  qaradərililərin qətlə yetirilməsi faktları,  tarixi insan hüquqları  problemləri həll edilmir.
   

Solivan jurnalistlərin danışıqlar salonunu tərk etməsini dayandıraraq, Çin diplomatlarının protokol qaydalarını pozmaqda günahlandırıb. ABŞ nümayəndəsi bildirib ki, "Çin nümayəndələri bu görüşə özlərini göstərmək üçün gəliblər və qarşıdurmanı qızışdırmaq üçün prisident yaradırlar".
 

Bir sözlə, görüşdən sonra keçirilən brifinqdə səsləndirildiyi kimi, ABŞ - Çin görüşlərindən pozitiv nəsə gözləməyə dəyməz. "Bu dialoq strateji əhəmiyyət daşımır. Bu görüş bizim üçün Pekinin bizim tərəfdaşlarımız üçün nə qədər təhlükə yaratdığını dünya ictimayyətinin nəzərinə çatdırmaq üçün idi" - deyə ABŞ- ın dövlət katibi görüşdən sonra  bəyan edib.

 Rüstəm Hacıyev