adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Mart 2021 16:59
26063
ELM VƏ TƏHSİL
A- A+

“Qarabağ tarixi” dərsliyi “Qarabağın zəfər tarixi” adlandırılacaq

Məktəblərdə “Qarabağ tarixi” dərsliyi növbəti tədris ilindən “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdləri üçün tədris ediləcək.

Adalet.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu dərslik vasitəsilə Qarabağın tarixi, Qarabağ münaqişəsi ilə bağlı uzunmüddətli danışıqlar prosesi, baş verən hadisələrin, zəfərin qazanılması və s. barədə məlumatların Azərbaycan vətəndaşlarına, şagirdlərə çatdırılması təmin ediləcək.