adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2021 15:11
25764
ELM VƏ TƏHSİL
A- A+

AzTU və “CONIM Cert” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni rektor Vilayət Vəliyev və müəssisənin icraçı direktoru Mehriban Osmanova imzalayıb.

Müqaviləyə əsasən, universitetin professor-müəllim heyəti və müxtəlif fakültələrində təhsil alan tələbələr üçün MMC tərəfindən İSO Beynəlxalq Standartlar seriyasına aid təlimlər keçiriləcək. Eyni zamanda, gənc kadrların müasir əmək bazarının tələblərinə uyğun iş həyatına hazırlanması üçün tələb olunan digər təlimlərin də müəssisə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.