adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Mart 2021 21:00
24823
DÜNYA
A- A+

ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ hakimiyyəti növbəti həftədən etibarən Rusiyaya qarşı bir sıra yeni sanksiyalar tətbiq edə bilər.

Bu barədə CNN məlumat yayıb.

Nəşr sanksiyalara səbəb kimi Rusiyanın ABŞ-da keçirilən 2020-ci il seçki kampaniyasına müdaxilə etməsini göstərir.

Həmçinin Vaşinqtonun İrana qarşı da sanksiyalar tətbiq edə biləcəyi istisna olunmur.