adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Mart 2021 08:52
20666
DÜNYA
A- A+

Dünyada ötən sutka koronavirusa 327 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 327 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 327 255 nəfər yeni koronavirusa yoluxub, 6 668 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 960 700, ölənlərin isə 2 656 822 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.