adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Mart 2021 17:27
41787
ƏDƏBİYYAT
A- A+

“Sözümün Mustafası, yazımın Rövşən Abdullaoğlusu”

Zəlzələdən ya vəlvələdən dünyanın istənilən yerində şişirdilmiş adamlar olur, hansı ki, baxırsan, bu adamda xüsusi nəsə bir zad yoxdu, amma neynirsən? Tanınır da, sevilir də. Bu, istənilən bir sahədə belədir. Təbii, dünya indi elə bir platformadadır ki, bir adamın tanınmağı iki vur ikidir. Yəni, siz bu sualı verdiyimə baxmayın, mən özüm bunun cavabını bilirəm. Sadəcə, giriş olsun deyə yazdım.

O cümlədən də ədəbiyyat sahəsində belədir. İstər dünyada, istərsə də bizdə yabanı şəkildə sevilən, kortəbii təriflərə uyan, yenə də zəlzələdən ya vəlvələdən yazıçı-şair olan adamlar var ki, onlara olan münasibətə baxırsan, özünün yazdıqlarına baxırsan, yenə təzədən onlara qarşı olan “drojlu” münasibətə baxırsan, deyirsən, niyə də, ala, niyə? Elə bil, relslərin üstünə uzanmısan, üstündən qatar keçəcək!

Yəqin, siz də söhbəti tutdunuz, bunu da özüm qəsdən yazdım ki, sözümün mustafasına, yazımın Rövşən Abdullaoğlusuna keçim.

Diqqət edin, son illər yabanı şəkildə qəfildən parlayan bu müəllif hələ də aktuallığını qoruyur. Özü də, yaza bilməyə-bilməyə. Allaha and olsun, deyindiyimə baxmayın, bunun özü də bir istedaddır.

Əslində, fərd olaraq Rövşən Abdullaoğlu cəmiyyətə ziyanı olmayan,(romanlarını çıxsaq), öz işini görən, nələrsə etməyə çalışan biridir. Hər şeydən uzaq. Fəaliyyətini izlədikcə də görürsən ki, heç kimlə işi yox, öz dünyasında, öz aləmində bala-bala yazıb yaradır, qəti şəkildə qeyri bir şeyə fikir bildirmir, yaxın durmur. Əslində, bu, bizim ədəbi mühitə bir az yad bir şeydir. Amma neyləmək olar? Bu adam da belədir. Hətta bu qədər tənqid olunsa da, lağ obyekti olsa da, yenə də heç nəyə fikir bildirmədən öz işini görür.

Həəə. Bax, elə bilirsiniz bu yaxşı şeydir? Buna əhsən deməliyik? Əsla! Elə məni narahat edən də budur. Niyə? Bax, bunu açıqlasam, gərək Rövşən Abdullaoğlu kimi mənasız bir roman yazım. Yəni, uzun olacaq, həm də dəxlisiz. Rövşən bəyin romanları kimi...

Əslində, bu yazını yazmaq qərarı alanda birinci istədim ki, sırf kitablar üzərindən tənqid edim, təhlil yazısı yazım, amma bildim ki, dilim ağrıyacaq. Nə də Rövşən Abdullaoğlunun oxucuları da təhlil yazımı inanmıram ki, o qədər çox anlaya bilsinlər. Mənim ciddi təhlil-tənqid yazımı anlayan adamlar Rövşən Abdullaoğlunu oxumazlar, oxusalar da bəyənməzlər. Bu baxımdan deyirəm. Həm də and olsun ki, zərrə də qərəzim yoxdur, amma mən onu oxuduğuma görə deyə bilərəm ki, o romanlarda tənqid ediləsi bir şey də yoxdur. Söz yığını, cümlə toplusu, 7-ci sinif səviyyəsində “yay tətilini necə keçirdim?” inşası. Vallah, ciddi deyirəm, inanmayan, oxumayan varsa, getsin oxusun. Ona görə də özüm bu cür ümumi bir şey yazmağı qərara aldım. Yaxşı da elədim!

Rövşən Abdullaoğlunun oxucularını mən əslində üzdən, birinci cümləsindən tanıyıram. Vallah, qəribçiliyə salmayın, onu oxuyan adamların hamısı eyni düşüncədə olan adamlardır. Mən deyim, sizdə diqqət edib görərsiniz. Özü həm dindar, həm psixoloq, fəlsəfə “kaçat” eləyən Rövşən bəyin oxucuları da əsasən dindar zümrədir. Yəqin ki, məsələ artıq aydın oldu. Bu, mənim onda diqqətimi çəkən birinci nüans idi, oxuyandan sonra da aydın oldu. Çox sadə bir dildə, hamının bildiyi şeyləri yazaraq, bir düşüncəyə hesablanmış yazıları öz oxucusunu tapıb, necə ki, tapmalı idi də. Məsələ bu qədər sadədir. Hətta Rövşən Abdullaoğlunu tənqid edəndə əks fikir bildirən adamlara baxaraq, onların da kim olduqlarını görə bilərsiniz.

“Səhər duranda dişləri fırçalamaq lazımdır”, “İnsan böyük varlıqdır”, “səhərlər şirinçay içmək lazımdır”, “idman etmək insan ruhunu sakitləşdirir”, “ İbadət etmək vacib əməllərdəndir” tonunda yazılar yazan, sözlər deyən adamı görün, nə boyda bir kütlə sevir. Dəhşətdir, and olsun!

Vallah, belə şeylər yazanda adama qəribə sözlər də deyirlər ki, bəs, paxıllıq edirsiniz zad. Yazıçı deyil yalan deyən, mən o romanlara paxıllıq eləsəm, özümü tualetdə burnumdan asaram. Mənim paxıllığım insanlaradır ki, nə olar ki, bir az düşünəsiniz, “bulvar ədəbiyyatını” bu qədər ilahiləşdirib göyə qaldırmayasanız?!

Təsəvvür edin, ərəbvəfars dillərində,teologiya,sxolastika,ərəb ədəbiyyatı, şərq və qərbfəlsəfəsisahəsi üzrə təhsilin ola, amma ortaya belə bir romanlar çıxardasan. And olsun, böyük dərddir bu da. Rövşən bəy ən uzağı, elə özü roman obrazıdır ki, bildiyi sahələri bu cür bir vəziyyətə salır. Yəni, bir psixoloqun dindar olmasından qəribə nə ola bilər?! Təsəvür elə, mənəvi əzablar çəkirsən, dərd içindəsən, bunları psixoloqa danışırsan, o da deyir, Allaha ibadət elə, namaz qıl, keçəcək. İndi bu düşüncədə olan adamlar da bu sətirləri oxuyub deyəcək, hə daaa, necə olmaldır bəs?! Mən də qalacam yana-yana...Və belə bir müəllif fəlsəfə üzrə dərslər, təlimlər verir. Mən nə edim, ay Allah? dərdimi kimə deyim? Psixoloqa? Qorxuram ki, getdiyim psixoloq da Rövşən bəyin oxucusu olar, deyər, ey səni kafər, namaz qıl, idman elə!

Bilmirəm... Bu söhbəti, yazını çox uzatmaq, dibinəcən müzakirə eləmək olar, amma açığı, faydasının olmayacağını da bilirəm. Bilirəm ki, hansı kütləyə nə demək lazımdır. Bunu ən yaxşı Rövşən bəyin özü də bilir. Mən anlayıram, adam öz həyat tərzini, düşüncəsini təlqin edir. Amma bu, ədəbiyyata girmir!

Yəni, sizlər- Rövşən Abdullaoğlunu oxuyub “ O, çox gözəl insandır, fəlsəfi(din fəlsəfəsi) fikirləri var, gözəl psixolodur və.s tonunda sözlər deyəcəksinizsə, xahiş edirəm, bu yazını xatirinizdən silin getsin. Çalışın əsəbiləşməyin, namaz qılın, idman edin!

Orxan Saffari