adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2021 11:55
30421
DÜNYA
A- A+

Paşinyan Tsarukyanla razılığa gələ bilmir: Görüş təxirə salındı

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla baş nazir Nikol Paşinyan arasında görüş təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Məlumata əsasən, buna səbəb Paşinyanın istefası ilə bağlı konsensusun olmamasıdır.

Qəzetin yazdığına görə, Tsarukyan şərt irəli sürüb. Belə ki, görüşün ardınca baş nazir istefasını elan etməlidir. Vasitəli danışıqlarda tərəflər artıq baş nazirin istefasından sonra "Çiçəklənən Ermənistan"ın bu vəzifəyə namizəd irəli sürməyəcəyi və Tsarukyanın müvafiq bəyanat verəcəyi barədə razılığa gəliblər.

"Lakin Paşinyan hələ seçkilərə gedib-getməyəcəyinə əmin deyil. Onun yenidən təxirə salınması mümkündür. Yeri gəlmişkən, "Mənim addımım" fraksiyasının deputatları ilə görüşdə erkən seçkilər keçirmək niyyətindən danışıb, ancaq dəqiq tarix təyin etməyib".

"Hraparak" iddia edir ki, seçkilərin tarixi - iyun ayının ilk şənbə günü - hakimiyyət nümayəndələri arasında müzakirə olunur. Paşinyanın komandası seçki kampaniyasından narahatdır. Baş nazir onlara kifayət qədər səs almaq üçün çox çalışmalı olduqlarını deyib.