adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Mart 2021 10:01
22388
ŞOU-BİZNES
A- A+

Tolikdən ARB kanalına: “Sizə ehtiyacı olan sizin gününüzə qalsın”

“Deməli, Manaf Ağayevlə o gün danışıram, deyir ki, Günelin məsələsini ARB kanalında danışmışam, sənin də adını çəkmişəm. İndi guya SOY Production Manafın dediyi sözləri mənim adıma çıxardıb. Mən bilsəm ki, ölkədə bir kanal var, o da ki, axırda olan ARB-dir. Vallah, ora nəinki özüm getmərəm, məndən olsa, müğənnimi qoymaram.  Bir kanal ki, Zaurun hesabına söyülsə də, tanınır, ondan nə gözləyirsən? Bir kanal ki, səhifələrə iş birliyi təklif edir ki, bizim işləri yayımlayın, ondan nə gözləyirsən?”

Adalet.az saytı xəbər verir ki, bu sözləri prodüsser Tarix Əliyev özünün sosial şəbəkə hesabında yazıb:

“ARB kanalı istəyir, nəsə eləsin, alınmır. SOY Production neçə veriliş açıb. Nə sponsoru var, nə də reytinqi. İndi bunlar mənim adımı çıxarmaqla nə edirlər? Vallah, sizə ehtiyacı olan məşhur sizin gününüzə qalsın. Xatirə elə düz edib, lazım olan vaxt hamını otuzdurub yerində.

“İnstagram”da xəbər səhifəsi olan dostlarıma deyirəm, bundan sonra ARB kanalı haqqında hansısa xəbər versəniz, ilk olaraq məni dostluqdan çıxarın. Ondan sonra mən sizi “instagram”dan deyil, həyatımdan siləcəm”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Manaf Ağayev verilişlərdən birində Günelin borcunu bağlamaqla bağlı fikirlər səsləndirmişdi. Daha sonra həmin ödənişi etmək istəsə də, Günel qəbul etməyib. Baş verənlərin ardınca Tolik şəxsi səhifəsində Manafın fikirlərinin onun adına çıxarılmasına qarşı irad bildirib və ARB kanalını kəskin tənqid edib.

Rövşən Tahir