adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Mart 2021 23:20
19144
DÜNYA
A- A+

Hər il 1,6 milyon əkiz uşaq dünyaya gəlir

Dünyada hər yeni doğulan 42 uşaqdan biri əkizdir. Beləliklə, bir il ərzində 1,6 milyona yaxın əkiz uşaq doğulur.
Azvision.az xəbər verir ki, bu barədə Niderland, Böyük Britaniya və Fransadan olan alimlərin araşdırmasında qeyd olunub.

Alimlər bu nəticəni 1980-ci illərin statistikası ilə müqayisə ediblər. Məlum olur ki, əkiz doğulan uşaqların sayı həmin dövrdən 3 dəfə çoxdur. Alimlər əkiz uşaqların sayının artımını tibbi xidmətlərin inkişafı ilə əlaqələndirirlər.

Araşdırma 165 ölkənin əhalisi arasında aparılıb. Yalnız Cənubi Amerikada əkiz doğulan uşaqların sayı hələ də azdır. Amma Asiya və Afrika ölkələrində bu say artıb.