adalet.az header logo
  • Bakı 13°C
15 Mart 2021 23:10
20972
DÜNYA
A- A+

Ermənilər həsəd apara bilərlər, lakin fakt belədir ki... - Qut

Cənubi Qafqaz regionunda Azərbaycanın çoxvektorlu xarici siyasətində İsrail dövləti xüsusi yer tutur. Bir neçə il bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi rəsmi səfəri və Vətən müharibəsində İsrailin real texnoloji və hərbi-texniki dəstəyi bir daha təsdiq etdi ki, İsrail ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bunu İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut “Israel HaYom” qəzetinə müsahibəsində deyib

"Ermənilər həsəd apara, təxribatlar və əsassız informasiya yayımı ilə məşğul ola bilərlər, lakin indi tarixi fakt belədir ki, İsrailin müdafiə şirkətləri Azərbaycanda hərbi sənaye yaradılmasında fəal iştirak ediblər və bu iştirak davam edir.

İsrail ilə səmimi və uzunmüddətli münasibətlər Azərbaycan üçün çox vacibdir, İsrail dövləti də Azərbaycan ilə öz münasibətlərini qoruyub saxlayır və yüksək qiymətləndirir. Məhz bu səbəbdən həmin münasibətlər strateji xarakter daşıyır. İsrail Cənubi Qafqazda özünün mühüm geosiyasi və geostrateji tərəfdaşının qələbəsinə həmişə sevinib”, - Qut qeyd edib.