adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2021 22:15
29085
DÜNYA
A- A+

NATO olduğu üçün Rusiyadan təhlükə yoxdur - Stoltenberq

Rusiya və Çin tərəfdən birbaşa hərbi təhdid görmürəm.

Axar.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Məndən soruşurlar ki, NATO-ya Rusiya və ya Çindən bir təhlükə görürəmmi? Bu gün NATO üzvlərindən heç birinə qarşı hərbi təhdid və ya hərbi hücum perspektivi görmürəm. Bunun səbəblərindən biri də NATO-nun varlığıdır. Əgər bir hücum baş verəcəksə, bu, müttəfiqlərin reaksiyasına səbəb olacaq. Biz 70 ildir ki, sülhü saxlamağı bacarmışıq. Bu, əsasdır”, - Stoltenberq bildirib.