adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2021 22:00
23934
İDMAN
A- A+

Ronaldonun 57-ci het-triki

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo özünün 57-ci het-trikinə imza atıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna ötən gecə "Kalyari" ilə matçda (3:1) nail olub. O, 10-cu, 25-ci (penalti) və 32-ci dəqiqələrdə qapını dəqiq nişan alıb.

Bu, portuqaliyalı oyunçunun karyerası ərzində 57-ci het-triki olub. Onlardan 44-ü "Real"ın, 3-ü "Yuventus"un, 1-i "Mançester Yunayted"in, 9-u isə Portuqaliya millisinin heyətində qeydə alınıb.

Xatırladaq ki, Ronaldo rəsmi matçlarda ümumilikdə 770 qol vurub.