adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Mart 2021 16:25
29051
ƏDƏBİYYAT
A- A+

İntiqam Yaşarın Təbrizdə kitabı çap olundu

Təbriz şəhərində fəaliyyət göstərən “Nəbati” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni kitabı çap olunub.

Ədalət qəzeti xəbər verir ki, müxtəlif illərdə qələmə alınmış şeirlərdən ibarət kitabı fars əlifbasına təbrizli gənc şair Əli Nurvəş köçürüb. Kitabın dizayneri isə Kiyumərs Nizamiyandır.

“Bütün xatirələr sənə qalacaq” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab artıq Təbrizin müxtəlif kitab evlərində satışa çıxarılıb.

Emin