adalet.az header logo
  • Bakı 18°C
15 Mart 2021 13:25
18117
DÜNYA
A- A+

ABŞ VAKSİNASİYA PROSESİNƏ MANE OLUR

Hindistanın "Astra Zeneca"" və  "Johnson & Johnson" vaksinləri hazırlayan iki aparıcı şirkəti xəbərdarlıq ediblər ki, ABŞ-ın pandemiya ilə bağı eksport qadağaları dünyada vaksin istehsalını təhlükə altına salır.
 
Bu barədə məlumat verən "Financial Times" qəzetinin məlumatına  görə,  farmasept şirkətinin icraçı direktoru Bological E Maximı Datlı bəyan edib ki, amerikanının xaricə idxal edən nümayəndələri, müqavilə bağladığl müştərilərinə Vaşinqtonun qadağalarına görə vaksin göndərə bilməyəcəklər. 
   
Bildirilir ki, hələ ötən ilin sonlarında ABŞ -ın yeni seçilmiş prezidenti Co Bayden, müharibə şəraiti qanunlarına istinad edərək, ölkədə COVİD- 19 vaksinasiyasının keçirilməsinin sürətləndirilməsini həyata keçirəcək. "Bu isə koronavirus əleyhinə vaksinlərin paylanması məsələsini çətinləşdirəcək və eyni zamanda adi vaksin istehsalının tədbiqinə mane olacaq" - deyə Maxima Datla, beynəlxalq ictimayyətin bu məsələyə müdaxilə etməsini tələb edib.
   
Vaksin istehsalı üçün vacib olan plastmast materialının məhdud sayda hazırlanması istehsalı çətin vəziyyətə salır. "Serum İnstitute" şirkətinin icraçı direktoru Adar Punavellada hərbi vəziyyət qanunu, dünyanın vaksinasiya ilə səylərini heçə endirir. ""Novalax" vaksinlərini hazırlayan ən böyük şirkət olaraq, ABŞ -dan alacağımız bu materiala böyük ehtiyacımız var.  Əgər biz bu xammalı ABŞ-dan gətirə bilməsək vaksin istehsalında ciddi çətinliklərlə üzləşəcəyik" - deyə o, bildirib.
   
ABŞ -  Hərbi istehsalla bağlı qanun 1950-ci ildə qəbul olunub. Bu qanun ABŞ-ln federal hökumətinə şəxsi şirkətlərin eksterni hallarda  de-fakto hökumətə işləməsinə məcbur edə bilər.
  
Beləliklə Vaşinqton rəhbərliyi düyanın "əsi ağasının kim olduğunu" nümayiş etdirməklə, bir daha  pandemiya ilə bağlı vaksinasiya prosesinə "badalaq" vurmaqda davam edir. 

Rüstəm Hacıyev