adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2021 10:00
20620
İDMAN
A- A+

Honda Bakıya öz aşpazını da gətirib

“Neftçi” ilə bu gün müqavilə bağlayacaq Keysuke Honda Bakıya tək gəlməyib.

Sportinfo.az-ın məlumatına görə, yaponiyalı yarımmüdafiəçi özü ilə şəxsi aşpazını da bura gətirib.

35 yaşlı futbolçunu müşayiət edənlər arasında fiziki hazırlıq üzrə məşqçi də var. Həmin mütəxəssis keçmiş ulduzun gündəlik hazırlıq prosesini nəzarətdə saxlayacaq. Yəni ki, Honda ağ-qara formanı geyindiyi müddətdə bu məşqçinin tərtib etdiyi proqram əsasında çalışacaq.

Başqa sözlə, baş məşqçi Samir Abbasovun müəyyənləşdirdiyi məşq planının Kamboca yığmasının baş məşqçisinə heç bir aidiyyəti yoxdur. Bu, bu gün imzalanacaq müqavilə şərtlərində də öz əksini tapıb.

Qeyd edək ki, bugünkü müqavilə prosesi mətbuata qapalı olacaq.