adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Mart 2021 09:26
22749
DÜNYA
A- A+

“SpaceX” orbitə bir raketlə 60 peyk göndərdi

ABŞ-ın “SpaceX” şirkəti “Falcon 9” raket daşıyıcısı vasitəsilə orbitə 60 mikro-peyk göndərib.

TASS xəbər verir ki, bu, ABŞ şirkəti tərəfindən həyata keçirilən sayca doqquzuncu analoji buraxılışdır. Bundan öncəki buraxılış martın 11-də həyata keçirilib.

Qeyd edək ki, peyklər “Starlink” orbital internet şəbəkəsinin qurulması məqsədilə istifadə olunacaq. İlon Maskın bu layihəsi çərçivəsində 11 min peykin Yerətrafı orbitə çıxarılması nəzərdə tutulub.

Layihənin dəyəri 11 milyard dollardır.