adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Mart 2021 21:40
19503
DÜNYA
A- A+

Meri Tramp əmisinə görə məyus olub

ABŞ-ın sabiq prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp əmisinin Twitter hesabının bloklanmasının onu prezident seçkilərində Cozef Baydenə məğlub olmaqdan daha çox məyus etdiyini deyib.

Azvision.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

"Düşünürəm ki, Twitter hesabının bloklanması və ABŞ Peşəkar Qolfçular İttifaqının öz meydançasında turnir təşkil etməkdən imtina etməsi yəqin ki, son dörd ildə onun başına gələn ən pis şeydir", - deyə Meri Tramp bildirib.

Xatırladaq ki, Meri Tamp əmisinin ailəsi haqqında yazdığı kitabda sabiq prezidentin kiçik yaşlarından öz maraqları naminə başqalarını aldatmağa və incitməyə hazır olduğunu qeyd etmişdi. Kitab satışın ilk günü 950 mindən çox oxucu tərəfindən alınmışdı.