adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2021 21:00
20432
DÜNYA
A- A+

Nigeriyada 300-dən çox məktəbli xilas edildi

Nigeriyanın təhlükəsizlik qüvvələri bir qrup silahlı şəxsin ölkənin şimalında yerləşən Kaduna əyalətində 300-dən çox məktəblini qaçırmaq cəhdinin qarşısını alıb.

Azvision.az xəbər verir ki, bu barədə Punch qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, şagirdlərin təhlükə ilə bağlı xəbərdarlığından sonra ərazidəki təhlükəsizlik qüvvələrinin üzvləri hadisə yerinə gəliblər. Basqınçılar onlarla qarşıdurmaya tab gətirməyərək qaçıblar.

Qeyd edək ki, cümə günü Kaduna əyalətində daha bir kollecdən 30 məktəbli qaçırılıb. Nigeriyanın Niger ştatında isə bir kəndə silahlı hücum nəticəsində 19 nəfər oğurlanıb. Hökümət baş verənlərin fonunda ölkədə bütün orta məktəblərin iki həftəlik bağlanması haqqında qərar verib.