adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Mart 2021 18:00
23532
DÜNYA
A- A+

Türkiyə ordusu terrorçuların sığınacaqları məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin ölkənin şərqində yerləşən Tunceli vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus 5 sığınacaq məhv edilib.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Eren-7 Mercan Munzur" əməliyyatı Xozat rayonunun yaxınlığında aparılıb. Nəticədə beş terrorçu sığınacağı aşkar edilərək dağıdılıb.

Sığınacaqlarda axtarış zamanı bir çox qida məhsulları və yaşayış üçün lazım olan digər vasitələr aşkarlanıb. Bölgədə terrorla mübarizə əməliyyatı davam edir.