adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2021 19:10
24109
DÜNYA
A- A+

İordaniyada koronavirus xəstəxanasında oksigen kəsildi - Ölənlər var

İordaniyanın Əs-Salt şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri bildirib.

Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, bu günədək İordaniyada 465 mindən çox şəxs koronavirusa yoluxub, 5 mindən çox xəstə həyatını itirib.