adalet.az header logo
  • Bakı 18°C
12 Mart 2021 20:00
23482
DÜNYA
A- A+

Ermənistan prezidenti xəstəxanalıq olub

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

“İnterfaks” ölkənin “Qraparak” nəşrinə istinadən məlumat verir ki, dövlət başçısının ürəyində problemlər yaranıb.

“Prezidentin ürəklə bağlı problemləri yaranıb. O, “Asthik” tibb mərkəzinə yerləşdirilib. Hazırda onun ürəyində stend qoyulması üzrə əməliyyat icra olunur”, - deyə qəzet yazır.

Prezidentin mətbuat xidməti məsələ ilə bağlı heç bir şərh verməyib.

Adıçəkilən tibb mərkəzi də faktı təsdiqləməkdən imtina edib.