adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Mart 2021 11:23
23917
ƏDƏBİYYAT
A- A+

Hasan Yıldız “Köpək balıqları”ndan yazdı

Azərbaycanın son dövr önəmli yazarlarından biri Aslan Quliyevin postmodern romanı “Köpək balıqları”.

SSRİ-nin dağılma prosesi sonrasından bəhs edir. Meyvə yığmağa gedən bir uşağın (yazar) on iki yamaqlı torbasını itirməyi və beşikdən yıxılaraq ağlını itirməsi üzərində qurulub. Torbanı itirməyinə görə atasının tez-tez ona bacarıqsız deməsi, alçaldılmasının travmasını ömrü boyu yaşayan bir uşaq. Saflığının, səmimiyyətinin zəiflik olaraq görülməsinin, cəmiyyət tərəfindən təzyiqlərin canavarlaşdırdığı insanlar. Bu romanda bunların hamısı var. Ağabala, Balıqların şahı, nənə, Sabit və qonşunun oğlu obrazları üzərindən hadisələri anladan gözəl bir roman işlənib. Dili çox sadədir. Dumduru türkcə. Türk Dünyası ilə mədəni əlaqələri dərinləşdirmək üçün bu cür əsərləri diqqət mərkəzinə gətirmək lazımdır. Ağabala obrazı qədim mədəniyyətimizin son təmsilçisi kimi yer alıb. Balıqların şahı isə zamanın özünü ehtiva edir. Sabit isə o unutdurulan dostluq əfsanəsidir.

Qonşunun oğlu Vətən həsrətini mükəmməl izah edir.

Romani iki gündə ləzzətlə oxudum. Digər əsərlərini də mütləq sifariş edəcəyəm. Turan dünyasının ədəbiyyatı hər şeyə rəğmən milli mədəniyyət ətrafında bizi görüşdürməyə davam edir.