adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2021 16:14
26560
DÜNYA
A- A+

“Yenidən müharibə olsa, Zəngəzuru itirəcəyik” - Artak Zakaryan

"Bu gün ordu vəziyyətin belə davam edəcəyi təqdirdə növbəti müharibənin demək olar ki, qaçılmaz olacağını anlayır. Əgər biz Paşinyana baş nazir kimi dözsək, çox keçmədən Ermənistan ərazisində növbəti müharibəni görəcəyik".

Azvision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib. O iddia edib ki, yenidən müharibə olarsa, Ermənistan Süniki (Zəngəzur) itirəcək.

"Nikol hakimiyyətdə qalırsa, belə hesab edin ki, Sünik yoxa çıxacaq", - Zakaryan erməni KİV-lərinə açıqlamasında bildirib.

Qeyd edək ki, son günlər Ermənistanda Azərbaycana qarşı yeni müharibənin başlanacağı barədə müxtəlif məlumatlar yayılmadadır. İddialara görə, hərbi əməliyyatlar martın 16-da başlaya bilər.