adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Mart 2021 13:21
24215
DÜNYA
A- A+

Kraliça Elizabetdən Megan və Harriyə "zeytun budağı"  jesti 

Kral səlahiyyətlərini təhvil verdikdən sonra ABŞ-a köçən Şahzadə Harri və Megan Marklın Oprah Vinfreyə verdikləri müsahibə İngiltərə gündəmini silkələdi.

Uşağının rənginin nə olacağı barəsində təlaşların olduğunu və iqçiliyə çəruz qaldığını deyən Megan bir dövr intiharı belə düşündüyünü dilə gətirmişdi. Özünü dalana dirənmiş hiss edən Harri isə Vilyam və Çarlesin də eyni vəziyyətdə olduğunu demişdi.

Cütlük Kraliça Elizabet haqqında mənfi danışmayıb, əksinə ona böyük hörmət bəslədiklərini demişdi. Görünür ki, Harri və Meganın bu münasibəti qarşılığını alıb. Bakinqham Sarayından verilən açıqlamada irqçilik məsələsinin araşdırılacağı bildirilib. Bundan sonra Kraliça Elizabetin Harri və Meganla əlaqə qurmağa hazırlaşdığı deyildi.

“Daily Mail” qəzetinin xəbərinə görə, rəsmi açıqlamada “Harri, Megan və Arçi hər zaman bu ailənin sevilən üzvləri olaraq qalacaqlar” deyilsə də, Kraliça Elizabetin bunu şəxsən dilə gətirmək istədiyi deyilir. Kraliçanın cütlüyə “zeytun budağı” vermək istədiyini yazan qəzet qarşıdan gələn günlərdə bir telefon danışığının da gerçəkləşəcəyini vurğulayıb.

 

Eminquey