adalet.az header logo
  • Bakı 13°C
11 Mart 2021 10:15
30345
DÜNYA
A- A+

Kəlbəcərə 130 ton humanitar yük çatdırılıbRusiya MN

Dağlıq Qarabağdakı rus sülhməramlıları Kəlbəcərə 130 ton humanitar yükün çatdırılmasına kömək edib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında yüklərin tranzitini təmin etməyə davam edir.

Sosial obyektlər və yaşayış binalarında enerji, su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi yük maşını və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı kolonu Kəlbəcər bölgəsinə 130 tondan çox yük çatdırıb (elektrik avadanlığı, beton konstruksiyalar və tikinti materialları).

Məlumatda bildirilib ki, ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.(azvision.az)