adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2021 18:42
36530
ƏDƏBİYYAT
A- A+

İtalyan və Azərbaycan gənc şairləri “Milyon illər sonra görüşdük” adlı antologiyada

Apreldə İtaliyanın və Azərbaycanın gənc şairlərinin əsərlərindən ibarət “Milyon illər sonra görüşdük” adlı antologiya işıq üzü görəcək.

Bu barədə AZƏRTAC-a “Söz” ədəbi-bədii layihəsinin rəhbəri, tanınmış şair-publisist Nigar Həsənzadə məlumat verib.

O deyib ki, bu nəşr layihəsi 2019-cu ildə Bakıya səfər edən İtaliyanın tanınmış şair və yazıçısı Davide Rondoni ilə işbirliyinin nəticəsidir. “Aprelin əvvəlində antologiya hazır olacaq. Bizim tərəfimizdən gənc şairlərin əsərləri italyan dilinə, onların qələm adamlarının nəzm nümunələri isə dilimizə tərcümə olunub. İlk dəfədir belə bir təşəbbüs həyata keçirilir. Bu, İtaliya-Azərbaycan ədəbi-mədəni əlaqələrinə böyük bir töhfədir”.

Bu günlərdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşdüyünü bildirən “Söz”ün rəhbəri əlavə edib ki, səfirlə “Milyon illər sonra görüşdük” adlı antologiya barədə geniş söhbət edib.

Nigar Həsənzadə bildirib ki, antologiyanın nəşrinin koordinasiyası işi İzabella Serra və Aydan Əliyevaya, mətnlərin tərcüməsi Zuleyxa Muradovaya aiddir. Layihə İtaliyanın Bakıdakı səfirliyi tərəfindən ölkəmizin təbliği üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən "VIVERE ALL’ITALIANA" proqramı çərçivəsində həyata keçirilir. "Milyon illər sonra görüşdük" antologiyası İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən mədəni diplomatiya fəaliyyəti kimi yüksək qiymətləndirilir. Əsas məqsədimiz hər iki ölkənin gənc incəsənət xadimlərinin tanıdılmasıdır. Gələcəkdə şairlərdən başqa rəssam və musiqiçilər də bu layihələrə cəlb ediləcək.